Əsas məzmuna keç
Bakı +9°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

Rusiyanın xüsusi nümayəndəsi Azərbaycana gəlir

Rusiyanın xüsusi nümayəndəsi Azərbaycana gəlir

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Azərbaycana səfər edəcək.

ENA.az xəbər verir ki, bu barədə Rusiya XİN-in Mətbuat və İnformasiya Departamentinin direktor müavini İvan Neçayev məlumat verib.

O, Xovayevin bu yaxınlarda İrəvanda səfərdə olduğunu, Ermənistan rəhbərliyi ilə faydalı görüşlər keçirdiyini xatırladıb.

“İndi isə Xovayevin səfər növbəsi Azərbaycanadır”, - rusiyalı diplomat vurğulayıb.

Neçayev Xovayevin Azərbaycana konkret nə vaxt səfər edəcəyini açıqlamayıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə