Əsas məzmuna keç
Bakı +13°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sənaye

Rusiyanın neft şirkətinin reytinqi defolt səviyyəsinə düşdü

Rusiyanın neft şirkətinin reytinqi defolt səviyyəsinə düşdü

"RussNeft"in reytinqi pisləşən likvidlik və korporativ idarəetməyə görə birdən iki pillə aşağı salınıb.

Qlobal reytinq agentliyi "Fitch Ratings" ən böyük səhmdarı Mixail Qutseriyev olan "RussNeft"in reytinqini "B" səviyyəsindən "CCC +" səviyyəsinə endirib. ("CCC" səviyyəsi böyük ehtimalla iflas (defolt) baş verəcəyini nəzərdə tutur. Yəni, bu reytinqi alan şirkət borclarını böyük ehtimalla qaytarmayacaqdır)

ENA.az "Fitch Ratings"in açıqlamasına istinadən xəbər verir ki, reytinqin azaldılması "RussNeft"in pisləşən likvidlik mövqeyini və Qutseriyev ilə əlaqəli şirkətlərlə son əməliyyatları əks etdirir.

Məlumata görə, şirkətin borc yükü artıb. Neftin aşağı qiymətləri "RussNeft"in likvidliyini və borc yükünü daha da pisləşdirir.

"RussNeft" şirkətinin nümayəndəsi  "Fitch"in qərarını şərh etməkdən imtina edib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə