Rusiyanın daha bir Su-34 döyüş təyyarəsi VURULDU

Ukraynanın Hərbi Hava Qüvvələri Rusiya qoşunlarına məxsus qırıcını məhv edib.
ENA.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
!@#
“Daha bir düşmən təyyarəsi Xarkov vilayətində məhv edilib. İlkin məlumata görə, Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiəsi Su-34 qırıcı-bombardmançı təyyarəsini zərərsizləşdirib”, - Şərq Hava Qüvvələri Komandanlığından bildirilib.
Rusiya təyyarəsi Balakliya şəhəri yaxınlığında vurulub.











