Əsas məzmuna keç
Bakı +12°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

Rusiyada hərbi təyyarə partladı

Rusiyada hərbi təyyarə partladı

Rusiyanın Ulyanovsk şəhərində yerləşən təyyarə zavodunda İl-76 hərbi-nəqliyyat təyyarəsi partlayıb.

ENA.az Rusiya mətbuatına istinadən xəbər verir ki, insident İl-76 təyyarəsinin gövdəsinin testdən keçirilməsi zamanı baş verib. Təzyiq altında depressurizasiya baş verib, nəticədə təyyarədə partlayış olub.

Partlayış nəticəsində 6 işçi yaralanıb, onlardan biri daha sonra aldığı xəsarətlərdən ölüb.

Detallar araşdırılır.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə