Əsas məzmuna keç
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Biznes

Rusiya şirkətinin Azərbaycandakı filialı bağlanır

Rusiya şirkətinin Azərbaycandakı filialı bağlanır

"Nijeqorodskiy Ximiko-Farmasevtiçeskiy Zavod" MMC ləğv olunduğunu elan edib.

ENA.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Yasamal rayonu, Tblisi küçəsi, ev 49c ünvanına bildirə bilərlər.

Qeyd edək ki, şirkətin Azərbaycandakı nümayəndəliyi 2009-cu ildə qeydiyyatdan keçib. Şirkət Rusiyanın aparıcı əczaçılıq istehsalçılarından biridir. Hazırda MMC-nin Azərbaycandakı nümayəndəliyinin qanuni təmsilçisi Mirbəşir Bəşirov Firudin oğludur.

Şirkət qastroenterologiya, dermatologiya, ginekologiya, urologiya, revmatologiya və pediatriya sahələrində istifadə olunan müxtəlif dərman vasitələrinin istehsalı ilə məşğuldur.  (Teleqraf)

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə