Əsas məzmuna keç
Bakı +7°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sənaye

Rusiya neft tələbatının azalacağını gözləyir

Rusiya neft tələbatının azalacağını gözləyir

Rusiyanın energetika naziri Aleksandr Novak ABŞ ilə Çin arasındakı ticari gərginlik nəticəsində neft tələbatındakı artımın bu il sutkada 1 milyon barrelə düşəcəyini deyib.

A.Novak Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumundakı çıxışında dünya neft bazarını qiymətləndirib.

Qarşıdakı dövrdə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC ölkələrinin nümayəndələrinin görüşünün keçiriləcəyini xatırladan nazir deyib: “Son danışıqlarımıza uyğun olaraq, bu görüşün iyulun 2-4-də Vyanada keçirilməsi barədə qərar qəbul etmək niyyətindəyik”.

OPEC-lə əməkdaşlıq sayəsində bazarda balansın yarandığını deyən rusiyalı nazir qeyd edib: “Hər gün bazarlarda ticarət gərginliklər haqqında yeni xəbərlər eşidirik. Bu da bazarda narahatlıq yaradır”.

“İlkin hesablamalara görə, bu il neft tələbatının gündəlik 1,3-1,4 milyon barrel artacağı gözlənilir. Lakin ABŞ ilə Çin arasındakı ticari gərginlik nəticəsində neft tələbatındakı artım bu il sutkalıq 1 milyon barrelə düşə bilər bu, ciddi bir qeyri-müəyyənlikdir”, - deyə 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə