Əsas məzmuna keç
Bakı +7°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Qoruq direktoru tutduğu vəzifədən azad edildi

Qoruq direktoru tutduğu vəzifədən azad edildi

Dövlət Turizm Agentliyi yanında "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun direktoru Malik Fətullayev öz istəyi ilə vəzifəsindən azad edilib.

Məlumata görə, onu müvəqqəti olaraq bu il fevralın 1-dən qoruğun direktor müavini təyin edilmiş Ramin Cəfərov əvəz edir. 

O, "Yanardağ"da vəzifəyə təyin olunmazdan əvvəl Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət departamentində çalışıb. 

“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun bu ilin may ayında yenidən istifadəyə verilməsi nəzərdə tutulub.

Bu barədə jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə məlumat verib.

Onun sözlərinə görə, qoruğun ərazisində kiçik muzey, kafe və digər infrastrukturlar yaradılıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə