Əsas məzmuna keç
Bakı +7°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

Qiymətli kağızlar bazarı 56% artıb

Qiymətli kağızlar bazarı 56% artıb

2018-ci il ərzində qiymətli kağızlar bazarında ümumilikdə 24 554,8 mln. manat həcmində əməliyyat aparılıb ki, bu da 2017-ci il ilə müqayisədə 56,2% daha çoxdur.

Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, əməliyyatların 58,7%-i (14 407,9 mln. manat) ilkin bazarda, 41,3%-i (10 146,9 mln. manat) isə təkrar bazarda aparılıb.

2017-ci illə müqayisədə qiymətli kağızlarla 11,9 dəfə daha çox repo əməliyyatları aparılıb. Hesabat dövrü ərzində aparılmış repo əməliyyatlarının həcmi 611,8 mln. manat (bunun da 95,5%-i və ya 584,2 mln. manatı dövlət qiymətli kağızları ilə) olub.

Hesabat dövründə ümumilikdə 16 599,1 mln. manat həcmində (205 sayda qeydiyyat) qiymətli kağızların dövlət qeydiyyatı aparılıb. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə