Əsas məzmuna keç
Bakı +17°, tufanlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

"Qarabağ"ın rəqibləri bəlli oldu

"Qarabağ"ın rəqibləri bəlli oldu

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibləri bəlli olub.

ENA.az xəbər verir ki, ölkə çempionu Almaniyanın "Bayer", Norveçin "Molde" və İsveçin “Haken” kollektivi ilə birlikdə H qrupunda yer alacaq.

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinə sentyabrın 21-də start veriləcək.

A qrupu: “Vest Hem” (İngiltərə), “Olimpiakos” (Yunanıstan), “Frayburq” (Almaniya), “Baçka Topola” (Serbiya).

B qrupu: “Ayaks” (Niderland), “Marsel” (Fransa), “Brayton” (İngiltərə), AEK (Yunanıstan).

C qrupu: “Reyncers” (Şotlandiya), “Betis” (İspaniya), “Sparta” (Çexiya), “Aris” (Kipr).

D qrupu: “Atalanta” (İtaliya), “Sportinq” (Portuqaliya), “Şturm” (Avstriya), “Rakuv” (Polşa).

E qrupu: “Liverpul” (İngiltərə), LASK (Avstriya), “Union” (Belçika), “Tuluza” (Fransa).

F qrupu: “Vilyarreal” (İspaniya), “Renn” (Fransa), “Makkabi” (Hayfa, İsrail), “Panatinaikos” (Yunanıstan).

G qrupu: “Roma” (İtaliya), “Slaviya” (Çexiya), “Şerif” (Moldova), “Servett” (İsveçrə).

H qrupu: “Bayer” (Almaniya), “Qarabağ” (Azərbaycan), “Molde” (Norveç), “Haken” (İsveç).