Əsas məzmuna keç
Bakı +13°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sənaye

Prezident sərəncam imzaladı

Prezident sərəncam imzaladı

"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin (ASK) Müşahidə Şurasına daha 3 üzv təyin edilib.

ENA.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

!@#

Sərəncama əsasən, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov və Azərbaycan Mərkəzi Bankının Elman Rüstəmov ASK-nın rəhbərliyinə gətirilib.

Bununla da, MŞ üzvlərinin sayı 3-dən 5-ə çatıb. Digər 2 üzv əvvəlki qaydada Kənd təsərrüfatı naziri İnam Kərimov və Birinci vitse-prezidentin köməkçisi Xalid Əhədovdur. Şuraya Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov rəhbərlik edir. 

 Bizi Telegram-dan izlə!