Əsas məzmuna keç
Bakı +8°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
VakansiyalarVakansiya

Polistar Boya işçi axtarır - VAKANSİYA

Polistar Boya işçi axtarır - VAKANSİYA

Polistar Boya – yerli boya istehsalçısı şirkətidir.

Hazırda şirkətimizə Hüquq Məsləhətçisi tələb olunur.

Əsas vəzifə və öhdəliklər:

• Sazişlər, müqavilələr, düzəlişlər, dəyişikliklər, köməkçi müqavilələr və hüquqi gücə malik digər sənədlərin hazırlanması, o cümlədən verilən tapşırıqlara müvafiq olaraq hüquqi məsələlərlə bağlı danışıqlarda iştirak etmək;
• Podratçılar qarşısında (o cümlədən müvafiq razılaşmalarda və müxtəlif sənədlərin tərtib edilməsində) Şirkətin hüquqlarının və maraqlarının qorunması;
• Şirkət tərəfindən tətbiq olunması planlaşdırılan yeni layihələrin qanunvericiliyə uyğunluğunu araşdırmaq, bu barədə rəhbərliyin suallarını cavablandırmaq və aidiyyatı struktur bölmələri birbaşa məlumatlandırmaq;
• Müqavilə sənədlərinin icrası və qüvvədən düşməsi üçün tələb olunan sənədlərin hazırlanması və nəzarət;
• Müqavilə sənədlərinin və digər sənədlərin icrası ilə əlaqədar Şirkətin işçilərinə məsləhət və tövsiyələrin verilməsi
• Mövcud qanunvericiliyin tələbləri və mümkün hüquqi risklər baxımından sənədlərə hüquqi nəzarətin həyata keçirilməsi
• Müqavilə sənədlərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə nəzarət
• Şirkətin imzaladığı müqavilələrdən irəli gələn və onlarla əlaqəli hüquqi qərarların hazırlanması və verilməsi 
• Birbaşa rəhbər tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi
• Əməkdaşlıq müqavilələrini, o cümlədən, yeni layihələr üzrə yeni müqavilə nümunələrinin hazırlanması;
• Hüquqi şəxslərlə, o cümlədən, aidiyyyatı şəxslərlə aparılan əməliyyatları, habelə, öhdəliklərin ötürülməsi və digər əqdlərin qanunverilciliyə uyğunluğunu araşdırmaq və rəy vermək;
• Şirkətdaxili təlimat, qayda və prosedurlarının, əsasnamələrin hazırlanması, ekspertizasının həyata keçirilməsində və müvafiq təkliflərin hazırlanmasında iştirak etmək;
• Vəzifələrin icrası ilə bağlı, Şirkətə daxil olan bütün sorğuların cavablandırılmasını təmin etmək məqsədi ilə müvafiq cavabların hazırlanması;
• Əmlak məsələlələri ilə bağlı bütün sənədlərin yoxlanılması və vaxtaşırı yenilənməsi işlərini görmək;
• Şirkətin qəbul etdiyi qərarlardan irəli gələn vəzifələri, əmr, sərəncam və göstərişlərin tələblərini yerinə yetirmək;
• Şirkətin ümumi fəaliyyətində risklərin idarə edilməsini təmin etmək
• Şirkətin hüquqi müstəvisində olan bütün proseslərə nəzarət etmək;

Tələblər:

• Hüquq sahəsində ali təhsil
• Səlis Azərbaycan, ingilis və rus dili bilikləri
• MS office proqramları
• Hüquq və ya Hüquqla əlaqəli sahə üzrə 3 il iş təcrübəsi

İş vaxtı 1-5 günlər - 09:00-18:00, 6- cı gün - 09:00-15:00 dək

• Tərcümeyi-hallarınızı “PDF” formatında özünüzün ad, soyad və ata adı olaraq adlandırmaqla və müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@polistar.az ünvanına göndərməyiniz xahiş olunur.
• Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır.
• Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə