Əsas məzmuna keç
Bakı +6°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Biznes

“PASHA Holding” Azərbaycanın taksi bazarına daxil olur

“PASHA Holding” Azərbaycanın taksi bazarına daxil olur

Azərbaycanda xarici kapitallı taksi şirkətlərinin sayı 5-ə yüksəlib.

“PASHA Holding” MMC Azərbaycanın taksi bazarına daxil olur.

ENA.az xəbər verir ki, şirkətin törəməsi “Umico” (Competo MMC) Ukraynaının “Uklon” taksi şirkəti ilə əməkdaşlığa başlayır.

“Umico Azərbaycana yenicə gəlmiş Ukraynanın tanınmış onlayn taksi xidməti ilə tərəfdaşlığa başlayır”- deyə, Umico-nun açıqlamasında bildirilir.

“Uklon Azərbaycan” MMC 2 fevral 2023-cü il tarixdə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Bakı şəhəri Nəsimi rayonu, Neftçilər pr., ev 153 (Port Baku iş mərkəzi) ünvanında 100000 dollar ilə dövlət qeydiyyatına alınıb.

“Umico” və ya “Competo” MMC-nin nizamnamə kapitalı təkcə bu il 30% artırılmaqla 62.38 mln manata yüksəldilib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə