Əsas məzmuna keç
Bakı +7°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sağlamlıq

Orqan transplantasiyası ilə bağlı dünyada BİR İLK

Orqan transplantasiyası ilə bağlı dünyada BİR İLK

İspaniyanın paytaxtı Madrid şəhərində yerləşən La Paz xəstəxanasında dünyada ilk dəfə bağırsaq transplantasiyası həyata keçirilib.

ENA.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazıb.

Bildirilir ki, 1 yaşlı qız uşağına ürək çatışmazlığından dünyasını dəyişən donordan bağırsaq transplantasiya edilib.

Emma adlı körpənin bağırsağı çox qısa olduğu üçün cəmi bir aylıq olarkən bağırsaq çatışmazlığı diaqnozu qoyulmuşdu və son günlər onun vəziyyəti pisləşimişdi.

"Uşaq evə buraxılıb və evdə valideynləri ilə birlikdə əla vəziyyətdədir", - deyə xəstəxanadan bildirilib.

İspaniya Səhiyyə Nazirliyinin məlumatına görə, ölkə 2021-ci ildə hər 1 milyon əhaliyə 102-dən çox orqan transplantasiyası ilə dünyada liderlər sırasındadır.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə