Əsas məzmuna keç
Bakı +5°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Ölkədə bitki yağlarının istehsalı 36% Artıb

Ölkədə bitki yağlarının istehsalı 36% Artıb

Bu ilin yanvar ayında Azərbaycanda 5 min 123 ton bitki yağı istehsal edilib.

ENA.az Banker.az-a istinadən xəbər verir ki,  Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə istehsal olunan bitki yağının həcmi 35.9% artıb.

Cari ilin fevralın 1-nə ölkədə bitki yağı üzrə hazır məhsul ehtiyatı isə 929.1 ton təşkil edib.

Ölkədə bitki yağlarının istehsalının artmasıyla yanaşı, market qiymətləri də qalxıb.

Belə ki, 4.25 manata satılan, 1 litrlik bitki yağlarının qiyməti fevralın 26-na 4.59 manatdan 5.00 manat arası dəyişir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə