Əsas məzmuna keç
Bakı +6°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
ENA+

Nyu-Yorkda hər 17 dəqiqədə koronavirusdan 1 nəfər ölür

Nyu-Yorkda hər 17 dəqiqədə koronavirusdan 1 nəfər ölür

Son iki gündür Nyu-Yorkda hər 17 dəqiqədə koronavirusdan bir sakin vəfat edir.

ENA.az xəbər verir ki, bu göstəricini “New York Post” hesablayıb.

Məlumata görə, Nyu-Yorkda koronavirus qurbanlarının ümumi sayı 450 nəfər təşkil edir.

Cons Hopkins Universitetinin hesablamalarına görə, ABŞ-da koronavirusa yoluxanların ümumi sayı 105 min nəfərə çatıb, 1 711 pasiyent ölüb. Nyu-York koronavirus qurbanlarının sayına görə Amerika şəhərləri arasında liderdir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada yeni virusa yoluxanların sayı 510 min nəfəri ötüb, 23 min xəstə ölüb.

 

 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə