Əsas məzmuna keç
Bakı +9°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Birja

Neft yenidən bahalaşmağa başladı

Neft yenidən bahalaşmağa başladı

Ötən həftə müvafiq olaraq 8 faiz və 7,4 faiz ucuzlaşdıqdan sonra neftin “Brent” və “WTI” markaları bu gün keçirilən hərraclar zamanı yenidən bahalaşıb.

ENA.az xəbər verir ki, Londonun “İCE Futures” birjasında səhər hərracında “Brent” markalı neft cümə günü 1,66 dollar ucuzlaşaraq 12 iyun tarixindən ən aşağı qiymət olan 39,27 dollardan satıldıqdan sonra bu gün səhər 3,77% bahalaşaraq 40,75 ABŞ dollarından satılıb.

Həmçinin Nyu York Əmtəə Birjasında (NYMEX) elektron hərracı zamanı “WTI” markalı neft cümə günü 1,67 dollar ucuzlaşaraq 37,05 ABŞ dollarından satıldıqdan sonra bu gün səhər 0,89 dollar bahalaşaraq 37,94 dollardan satılıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə