Əsas məzmuna keç
Bakı +9°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Birja

Neft ucuzlaşmaqda davam edir- QİYMƏT

Neft ucuzlaşmaqda davam edir- QİYMƏT

Neft ucuzlaşmaqda davam edir. Bloomberg yazır ki, qlobal neft tələbinin perspektivi qeyri-müəyyəndir, bu da qiymətlərinə mənfi təsir göstərir. London birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti səhər 9:50-ə qədər 39,49 dollar/barel təşkil edir ki, bu da əvvəlki sessiyanın sonundakı qiymətdən 0,15% azdır. 

New York Ticarət Birjasında (NYMEX) elektron ticarətdə oktyabr üçün WTI xam neftinin fyuçerslərinin qiyməti 37,21 dollar/barel təşkil edir ki, bu da əvvəlki sessiyanın səviyyəsindən 0,05 dollar (0,13%) azdır.

BP-nin bazar ertəsi günü yayımlanan 2050-ci il qlobal enerji proqnozuna görə, önümüzdəki 30 il ərzində neftə tələb azalacaq. OPEC-in yeni hesablamalara görə, bu il qlobal neft istehlakı gündə 9,5 milyon barel azalaraq 90,2 milyon barelə çatacaq. Rystad Energy-nin analitiki Bjornar Tonhaugen, "Neft, psixoloji baxımdan bir barel üçün 40 dollardan ucuz satılır, bu da treyderlərin koronavirus pandemiyasının ikinci dalğası vəziyyətində bazarın nə qədər dərinləşə biləcəyini düşündüyünü göstərir", - deyə qeyd edib.

"COVID-19 pandemiyası hələ bitməyib və dünyada yeni infeksiya hadisələri qeydə alınıb ki, bu da son nəticədə neft bazarına təsir edir" deyə MarketWatch, xatırladıb. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə