Əsas məzmuna keç
Bakı +11°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

Neft Fondunun indiyə qədər büdcəyə transfer etdiyi vəsaitin məbləği açıqlandı

Neft Fondunun indiyə qədər büdcəyə transfer etdiyi vəsaitin məbləği açıqlandı

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) yaradıldığı gündən bu il iyunun 30-na qədər ona 154,6 milyard ABŞ dolları məbləğində vəsait daxil olub.

ENA.az, bunu bu gün Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Əsrin Müqaviləsi: Azərbaycanın yüksəlişinin möhtəşəm təməli” mövzusunda keçirilən "dəyirmi masa"da Fondun icraçı direktorunun müavini İsrafil Məmmədov bildirib.

Onun sözlərinə görə, ARDNF-a daxil olan vəsaitin 148,3 milyard dolları neft-qaz layihələrinin həyata keçirilməsindən, qalan 6,3 milyard dolları isə Fondda toplanmış vəsaitlərin idarə edilməsindən daxil olan vəsaitdir.

İ. Məmmədov onu da deyib ki, ötən dövrdə ARDNF-in xərcləri 112 milyard dollara yaxın olub ki, bunun da 95,5 milyard dolları dövlət büdcəsinə transfertlərin payına düşüb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə