Əsas məzmuna keç
Bakı +13°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Birja

Neft birjalarındakı bugünki qiymət

Neft birjalarındakı bugünki qiymət

Benchmark neft qiymətləri iyun ayında yüksəldikdən və ikinci rübdə endikdən sonra bazar ertəsi günü yüksəlir. ENA.az xəbər verir ki, Londonun ICE Futures birjasında saat 9:04-ə Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti bir barel üçün 75,44 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekunu ilə müqayisədə 3 sent çoxdur. 

Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda avqust ayı üçün WTI markalı neftin fyuçerslərinin kotirovkaları səhər saatlarında 1 sent bahalaşaraq bir barelə görə 70,65 dollara çatıb. 

İyun ayında Brent 3,1% bahalaşsa da, ikinci rübdə 6,1% ucuzlaşıb. Ötən ay WTI-nin qiyməti 3,8% artsa da, aprel-iyun aylarında kotirovkalar 6,7% ucuzlaşıb.

Bu arada, ABŞ-da aktiv qazma qurğularının sayı keçən həftə 8 ədəd azalaraq 674-ə çatıb, neft-mədən xidməti şirkəti Baker Hughes bildirib. Göstərici 2020-ci ilin iyul ayından bəri müşahidə olunmayan doqquz həftə ardıcıl olaraq aşağı düşüb.