Əsas məzmuna keç
Bakı +8°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Birja

Neft bahalaşıb

Neft bahalaşıb

Çərşənbə axşamı səhər neft yanacaq tədarükü çatışmazlığı ilə bağlı narahatlıq fonunda bahalaşıb.

ENA.az ICE London Fond Birjasının məlumatlarına istinadən xəbər verir ki, “Brent” markalı neftin avqust fyuçerslərinin 1 barelinin qiyməti 0,97 % və ya 1,11 ABŞ dolları bahalaşaraq 115,24 dollar təşkil edib. WTI neftinin avqust fyuçerslərinin 1 barelinin qiyməti isə 2,01 dollar artaraq 114,13 dollara satılıb.

Nyu York Əmtəə Birjasında (NYMEX) isə WTI markalı neftin avqust fyuçerslərinin 1 barelinin qiyməti 2,01% və ya 2,17 dollar bahalaşaraq 110,16 dollar təşkil edib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə