Əsas məzmuna keç
Bakı +6°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Nazir general Həsən Şirinovu işdən çıxardı - ƏMR

Nazir general Həsən Şirinovu işdən çıxardı - ƏMR

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, polis general-mayoru Həsən Şirinov vəzifəsindən azad olunub.

“ENA” xəbər verir ki, o, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə təqaüdə göndərilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib: "Bu münasibətlə nazir Vilayət Eyvazov Həsən Şirinovu qəbul edib".

Qeyd edək ki, bu il yanvarın 26-da H.Şirinovun 70 yaşı tamam olub. O, 1994-cü ildən 2010-cu ilə qədər Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsində işləyib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə