Əsas məzmuna keç
Bakı +12°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

Nazir daha 2 vəzifəli polisi işdən azad etdi

Nazir daha 2 vəzifəli polisi işdən azad etdi

Daxili İşlər Nazirliyi tərəfindən Polis İdarələrində xidməti kompleks yoxlamalar davam etdirilir.

Məlumata görə, yoxlamalar nəticəsində daha 2 vəzifəli şəxs işdən azad edilib.

Belə ki, Mehdiabad Polis Bölməsinin rəis müavini, polis mayoru Xəqani Bəhramov və Saray Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Ziyad İbrahimovun xidməti fəaliyyətində nöqsanlara yol verdiyi aşkar edilib. Onlar işdən azad edilərək sərəncama götürülüb.

Qeyd edək ki, hər iki bölmə Abşeron Rayon Polis İdarəsinə tabedir.