Əsas məzmuna keç
Bakı +12°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

Nazir baş redaktorun oğlu ilə bağlı əmr imzaladı

Nazir baş redaktorun oğlu ilə bağlı əmr imzaladı

Daxili işlər naziri Vilayət Eyvazov Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisi vəzifəsinin müvəqqəti icrası ilə bağlı əmr imzalayıb.

ENA.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, nazirin əmri ilə rəis vəzifəsi bölmənin rəis müavini, polis mayoru Sahil Quliyevə həvalə edilib.

Qeyd edək ki, Sahil Quliyev “Bakı Xəbər” qəzetinin baş redaktoru, jurnalist Aydın Quliyevin oğludur.

Xatırladaq ki, 14-cü PB-nin rəisi, polis polkovnik-leytenantı Tural Məşədiyev iki gün əvvəl işdən çıxarılıb və sərəncama götürülüb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə