Əsas məzmuna keç
Bakı +8°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi barədə - YENİ QƏRAR

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi barədə - YENİ QƏRAR

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

Məlumata görə, Səbail Rayon Məhkəməsi vəsatəti təmin edib.

Məhkəmənin qərarı ilə Tofiq Həsənovun həbsdə saxlama müddəti 1 ay uzadılıb.

Qeyd edək ki, Tofiq Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib.

Sabiq xidmət rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirləndirilir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə