Əsas məzmuna keç
Bakı +7°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Naxçıvanda orta aylıq əməkhaqqı artıb

Naxçıvanda orta aylıq əməkhaqqı artıb

Naxçıvan Muxtar Respublikasında orta aylıq əməkhaqqı artıb.

Bu barədə "ENA" muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2019-cu ilin yanvar-mart aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 433,3 manat təşkil edib. Bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz çoxdur

Qeyd edilir ki, muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb, 2019-cu ilin yanvar-aprel aylarında 117 milyon 689 min 700 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın dəyəri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 98 milyon 313 min 400 ABŞ dolları təşkil edib, 78 milyon 937 min 100 ABŞ dollarıdəyərində müsbət saldo yaranıb.

2019-cu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 40 milyon 232 min 600 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə