Əsas məzmuna keç
Bakı +6°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
ENA+

Naxçıvanda nazir müavini vəzifəsindən - AZAD EDİLDİ

Naxçıvanda nazir müavini vəzifəsindən - AZAD EDİLDİ
Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilib.

"BI"nin məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Rəşad Xudiyev Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, R. Xudiyev 1 il 4 ay əvvəl, 29 noyabr 2017-ci ildə Naxçıvan Muxtar Respublikası mədəniyyət və turizm nazirinin müavini təyin edilib. R. Xudiyev ondan əvvəl muxtar respublikanın Təhsil Nazirliyində və Nazirlər Kabinetində çalışıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə