Əsas məzmuna keç
Bakı +12°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sığorta

“Naxçıvan Sığorta”nın rəhbərliyində təyinatlar

“Naxçıvan Sığorta”nın rəhbərliyində təyinatlar

Azərbaycanın regional sığorta şirkətinin rəhbərliyində yeni təyinatlar baş tutub, Direktorlar Şurası və Təftiş Komissiyasında  dəyişiklər olub.

ENA.az Banker.az-a istinadən xəbər verir ki, “Naxçıvan Sığorta” ASC-nin Direktorlar Şurasına Elşad Abdullayev Abdulla oğlu üzv seçilib.

!@#

O, bu günə qədər sığorta şirkətinin maliyyəsinə nəzarət edən Təftiş Komissiyasına sədirlik edirdi. Bundan sonra isə onun yerinə Turab Quliyev Ağahüseyn oğlu müvəqqəti sədr kimi seçilib.

Xatırladaq ki, muxtar respublikanın yeganə sığorta şirkəti “Naxçıvan Sığorta” 2014-cü ildə yaradılıb, Azərbaycanın yeganə regional sığorta şirkətidir. Onun səhmdarı 100% “Naxçıvan Bank” ASC-dir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə