Əsas məzmuna keç
Bakı +12°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Hadisə

"MuğanBank"da müştəri bıçaqla mühafizəçinin ağzını kəsdi

"MuğanBank"da müştəri bıçaqla mühafizəçinin ağzını kəsdi

"MuğanBank" ASC-nin baş ofisində insident baş verib.

ENA.az xəbər verir ki, BAKU.WS-in əldə etdiyi məlumata görə, müştəri ilə bankın mühafizəçisi arasında mübahisə yaranıb.

Daha sonra müştəri bıçaq çəkərək mühafizəçinin ağzını kəsib.

Hadisə parkinq yerinə görə baş verib. Bankın müştərisi avtomobilini bankın sədrinin maşını üçün nəzərdə tutulan yerdə saxlayıb. Bu zaman mühafizəçi müştəriyə yaxınlaşaraq maşını yerindən çəkməyi tələb edib.

Müştəri ilə mühafizəçi mübahisə etməyə və bir-birlərinə nalayiq ifadələr səsləndirməyə başlayıblar.

Sonda isə müştəri mühafizəçinin ağız nahiyəsinə bıçaqla xəsarət yetirib.

BAKU.WS

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə