Müdafiə Nazirliyi əhalini təşvişə düşməməyə çağırır

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.
!@#
Müdafiə Nazirliyindən verilən məlumata görə, döyüş sursatlarının utilizasiya prosesi aprelin 2-dək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.
"Bir daha əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını diqqətə çatdırırıq", - deyə nazirlikdən bildirilib.











