Əsas məzmuna keç
Bakı +9°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

Moskvada azərbaycanlı iş adamlarının bazarı vurulub - VİDEO

Moskvada azərbaycanlı iş adamlarının bazarı vurulub - VİDEO

Moskvaya kütləvi dron hücumu zamanı məşhur “Sadovod” bazarında yanğın baş verib.

ENA.az xəbər verir ki, sosial şəbəkələrdə yanğının görüntüləri paylaşılıb.

Vurulmuş dronun “Sadovod” bazarının ərazisinə düşməsini Moskvanın meri Sergey Sobyanin də təsdiqləyib. O, hadisə nəticəsində heç kimin xəsarət almadığını bildirib.

Xatırladaq ki, Moskvanın ən böyük bazarlarından biri olan “Sadovod” azərbaycanlı iş adamları Qod Nisanov və Zarah İliyevin “Kievskaya Ploşad” şirkətinə məxsusdur. Bazar 40 hektar ərazidə yerləşir.

 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə