Moskva Türk şirkətlərinin Rusiyada qalmasını istəyir

Moskva Türkiyə şirkətlərinin Rusiyada uzunmüddətli qalması və sərfəli investisiya yatırımı ilə bağlı Ankara ilə danışıqlar aparır.
ENA.az-ın “Hurriyet”ə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Ticarət Mərkəzləri Şurasının sədri Dmitri Moskalenko bildirib.
!@#
"Türkiyə Rusiyanın idxalında mühüm ölkədir. Rusiyadan çıxan brendlərin türk markaları ilə əvəzlənməsi üçün danışıqlarla yeni mərhələyə qədəm qoyuruq. Bu payızda Rusiyanın hər yerində 420 futbol meydançasına bərabər 3 milyon kvadratmetr ərazinin boşalacağını proqnozlaşdırırıq. Hələ Rusiyada olmayan türk brendləri üçün biz Moskvadan başlayaraq ən yaxşı ticarət mərkəzlərini təqdim etmək imkanı təklif etdik”, - deyə “Huriyyet” Moskalenkonun sözlərindən sitat gətirib.
O əlavə edib ki, rusiyalı istehlakçılar türk brendlərinə çox isti münasibət bəsləyirlər.
Sözügedən nəşr bildirir ki, son aylar ticarət mərkəzlərində türk brendləri ilə rusiyalı investorlar arasında danışıqlar intensivləşib.











