Əsas məzmuna keç
Bakı +12°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Birja

Mis bahalaşır

Mis bahalaşır
ENA.az-ı Google-da seçilmiş mənbə edinXəbərlərimiz Google axtarışında sizə daha tez görünsünƏlavə et

Misin qiyməti Çinin iqtisadi məlumatları fonunda bahalaşır.

“ENA” xəbər verir ki, bu gün səhər saatlarında “Comex” birjasında misin mart fyuçerslərinin dəyəri 0,57% artaraq bir funt (təxminən 0,45 kiloqram) üçün 3,6208 dollara çatıb.

Xatırladaq ki, cümə günü London Metal Birjasında (LME) üç ay sonra tədarük ediləcək misin bir tonunun dəyəri 1,24% azalaraq 7 949 ABŞ dollarına, alüminiumunku 0,72% azalaraq 1 991 ABŞ dollarına, sinkinki isə 2,1% azalaraq 2 699 ABŞ dollarına düşmüşdü.

Bazar ertəsi investorlar dünyanın ən böyük mis istehlakçısı olan Çinin makroiqtisadi statistikalarına diqqət yetiriblər. 2020-ci ilin dördüncü rübündə Çinin ÜDM-i illik nisbətdə 6,5% artıb və bu, 6,1%-lik artım gözləyən analitiklərin proqnozlarını da üstələyib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə