Əsas məzmuna keç
Bakı +13°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sağlamlıq

Meymunçiçəyi Ərəbistana da çatdı

Meymunçiçəyi Ərəbistana da çatdı

Səudiyyə Ərəbistanında meymunçiçəyi virusuna ilk yoluxma halı qeydə alınıb.

ENA.az xəbər verir ki, bu barədə Səudiyyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, xəstəlik Ər-Riyada krallıqdan kənardan gələn şəxsdə aşkar edilib.

O da bildirilib ki, Səudiyyə Ərəbistanının səhiyyə orqanları xəstə ilə yaxın təmasda olanları müəyyən edə bilib və onların hamısının həkim nəzarəti altındadır.