Əsas məzmuna keç
Bakı +7°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Metrostansiyaların çıxışlarında yenə çadırlar quruldu

Metrostansiyaların çıxışlarında yenə çadırlar quruldu

Yeni ilin yaxınlaşması ilə əlaqədar metronun “Neftçilər”, “Gənclik”, “İnşaatçılar, “Nəriman Nərimanov”, “28 May” stansiyalarının yaxınlığında bayram çadırları qurulub.

"BI" xəbər verir ki, hər il olduğu kimi, bu dəfə də bayram çadırları Bakı Şəhər İcra Hakimiyyətinin Kollegiyasının qərarı ilə qurulub.

Qurulan bayram çadırlarının sayının artırılacağı bildirilir.

Çadırlarda bayram ləvazimatları, oyuncaqlar, suvenirlər, şam ağacları və s. satılır. Yarmarka 2018-ci il yanvarın 1-dək davam edəcəyi gözlənilir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə