Əsas məzmuna keç
Bakı +13°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

Mərkəzi Bank uçot dərəcəsilə bağlı qərarını açıqladı

Mərkəzi Bank uçot dərəcəsilə bağlı qərarını açıqladı

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsilə bağlı qərarını açıqlayıb.

Uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 8,75 %-dən 9 %-ə çatdırılması barədə qərar qəbul edib.

ENA.az AMB-yə istinadən xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 7 %-dən 7,5 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,75 %-dən 10%-ə çatdırılıb.

Yeni uçot dərəcəsi mayın 4-dən qüvvəyə minir. AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı iyunun 21-də ictimaiyyətə açıqlanacaq.

Bir qədər sonra AMB-nin əsas binasında mətbuat konfransı keçiriləcək.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə