Əsas məzmuna keç
Bakı +11°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Elm və texnologiya

Məlumat Hesablama Mərkəzi zərərdən mənfəətə keçib

Məlumat Hesablama Mərkəzi zərərdən mənfəətə keçib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzinin (MHM) cəmi aktivləri 2017-ci il yanvarın 1-nə 26 milyon 349 min manat təşkil edib.

Qurumun maliyyə hesabatına görə, bu, 2016-cı il yanvarın 1-i ilə müqayisədə 2,5 dəfə çoxdur.

2017-ci ildə MHM-in uzunmüddətli aktivləri 2,6 dəfə artaraq 17 milyon 877  min manata, cari aktivləri isə 2,3 dəfə artaraq 8 milyon 472 min manata çatıb.

Hesabat dövründə Mərkəzin cəmi öhdəlikləri 11,5 dəfə artaraq 4 milyon 371 min manat, cəmi kapitalı isə 2,15 dəfə artaraq 21 milyon 978 min manat olub.

2017-ci ildə MHM-nin göstərdiyi xidmətlərdən gəlirləri 17 milyon 458 min manat (2016-cı ilə nisbətən 32,5% çox), xidmətlərinin maya dəyəri 15 milyon 72 min manat (31,1% çox), digər əməliyyat gəlirləri 4 milyon 887  min manat (55,5 dəfə çox), məzənnə fərqindən zərəri 25 min manat (3,5 dəfə az), inzibati və digər əməliyyat xərcləri 2 milyon 344 min manat (15,3% çox), mənfəət vergisi ödəmələri isə 1 milyon 153 min manat təşkil edib.

Son nəticədə Mərkəz ili 3 milyon 751 min manat xalis mənfəətlə başa vurub. Halbuki, qurum əvvəlki ildən 505 min manat zərərlə çıxmışdı. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə