Əsas məzmuna keç
Bakı +5°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Turizm

Meksika ilə Azərbaycan arasında turist axını artıb

Meksika ilə Azərbaycan arasında turist axını artıb

Meksika ilə Azərbaycan arasında ikitərəfli turist axını artıb.

 2018-ci ildə Azərbaycanda meksikalı turistlərin sayı 8.93% artıb, Meksikada isə azərbaycanlı turistlərin sayı 19.06% çoxalıb. Ümumilikdə isə 2014-2018-ci illər ərzində ikitərəfli turist axını 20% artıb.

Bildirilir ki, azərbaycanlı turistlər əsas istiqamətlər kimi Mexiko şəhərini və Kankunu seçirlər. 2018-ci ildə 42 milyondan çox ziyarətçi qəbul edən Meksika dünyanın 6-cı ən çox ziyarət olunan ölkəsinə çevrilib. Ölkənin şimalındakı səhralı ştatlardan - cənubdakı gözəl çimərliklərə qədər, Meksikanın 32 ştatı zəngin mədəniyyət, macəra, istirahət və idman müxtəlifliyini təklif edir.

Türk Hava Yollarının İstanbul-Mexiko-Kankun-İstanbul uçuş xəttinin bu ilin avqust ayında işə salınması isə ölkələrimiz arasında turizm mübadiləsinə töhfə vermək üçün yeni imkanlar açacaq.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə