Əsas məzmuna keç
Bakı +10°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sənaye

“Lukoil” xarici aktivlərini satmaq üçün ABŞ şirkəti ilə razılaşma imzalayıb

“Lukoil” xarici aktivlərini satmaq üçün ABŞ şirkəti ilə razılaşma imzalayıb

Rusiyanın “Lukoil” neft şirkəti xarici aktivlərini satmaq üçün ABŞ-ın “Carlyle” investisiya şirkəti ilə müqavilə bağlayıb.

Bu barədə “Lukoil” şirkətindən bildirilib.

Qeyd olunub ki, bu əməliyyat Qazaxıstandakı aktivləri əhatə etmir, onlar “Lukoil” qrupunun mülkiyyətində qalacaq və müvafiq lisenziya əsasında fəaliyyətini davam etdirəcək.

Şirkətdən o da bildirib ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) icazəsi də daxil olmaqla, tənzimləyicilərin icazələri hələ də tələb olunur.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə