Əsas məzmuna keç
Bakı +14°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Hi-Tech

Leyla Abbasova “Azerconnect Group”da yüksək vəzifəyə təyin olundu

Leyla Abbasova “Azerconnect Group”da yüksək vəzifəyə təyin olundu

“Azerconnect Group”-da Korporativ inkişaf və daxili nəzarət üzrə departament direktoru vəzifəsinə təyinat olub.

Məlumata görə, Leyla Abbasova Korporativ inkişaf və daxili nəzarət üzrə qrup direktoru vəzifəsinə təyin edilib.

O, 2022-ci ilin may ayından 2026-cı ilin iyun ayına kimi  “Azerconnect Group”da Korporativ inkişaf və daxili nəzarət departamentinin qrup rəhbəri olub.

2019-cu ilin fevral ayından 2022-ci ilin may ayınadək “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Daxili audit departamentinin rəhbər müavini vəzifəsində çalışıb.

Leyla Abbasova 2006–2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində (Xüsusi İstedadlar Qrupu) bakalavr təhsili alıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə