Əsas məzmuna keç
Bakı +7°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

KTMT Azərbaycanla sərhədə missiya göndərir

KTMT Azərbaycanla sərhədə missiya göndərir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistana yardım tədbirləri haqqında qərar layihəsi hazırlayıb.

ENA.az xəbər verir ki, bu barədə KTMT-nin baş katibi Stanislav Zas İrəvanda təşkilata üzv ölkələrin xarici işlər və müdafiə nazirləri, eləcə də Təhlükəsizlik Şurası baş katiblərinin birgə iclasında deyib.

Ermənistan-Azərbaycan sərhədində gərginliyin davam etdiyini deyən Zas, qeyd edib ki, İrəvana yardım layihəsi tərəflərin rəy və təklifləri əsasında tərtib olunub.

“Bura KTMT-nin monitorinq missiyası da aiddir”, - baş katib bildirib.

Qeyd edək ki, bu gün İrəvanda liderlərin iştirakı ilə KTMT-nin sammiti keçirilir. Ermənistana yardım layihəsi də sammitdə müzakirə olunacaq.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə