“Krım məsələsi hərbi yolla həll oluna bilməz”

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak Krımın taleyinə münasibət bildirib.
O, bu barədə tviter səhifəsində yazıb.
!@#
“Krım məsələsinin yalnız siyasi və diplomatik yolla həlli təklif olunur. Bu, heç bir halda hərbi yolla ola bilməz” , – paylaşımda bildirilib.











