Əsas məzmuna keç
Bakı +5°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
ENA+

"Koroğlu"da avtobus dayanacaqlarının yeri dəyişdirilir

"Koroğlu"da avtobus dayanacaqlarının yeri dəyişdirilir

“Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzində (NMM) tikinti və yenidənqurma işləri aparılacaq.

"BI" xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən  bildirilib ki, məqsəd, Nəqliyyat Mübadilə Mərkəzinin ərazisində sərnişinlərə həm keyfiyyət, həm də təhlükəsizlik baxımından müasir standartlara uyğun xidmətin göstərilməsi üçün zəruri infrastrukturun yaradılmasıdır.

Təmir müddətində “Koroğlu” NMM-nin fasiləsiz fəaliyyətini təmin etmək üçün ətraf kənd və qəsəbələr üzrə müntəzəm marşrut avtobusları Milli Gimnastika Arenasının dayanacaq məntəqəsində, yəni “Koroğlu” metro stansiyasının piramidalı çıxışının arxasında toplanacaq. Artıq qeyd edilən ərazidə hərəkətin təhlükəsizliyi üçün müvafiq şəraitin yaradılmasına başlanılıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə