Əsas məzmuna keç
Bakı +7°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Biznes

“KİA Azerbaijan”ın rəhbəri dəyişdi

“KİA Azerbaijan”ın rəhbəri dəyişdi

“KİA Motors AZ” MMC-nin baş icraçı direktoru dəyişib.

Məlumata görə, 2014-cü ildən bu tərəfə şirkətə rəhbərlik etmiş Əşrəf Səfərov Səxavət oğlu vəzifəsindən gedib.

Onu bu vəzifədə qardaşı Faiq Səfərov Səxavət oğlu əvəz edib.

Faiq Səfərov 2009-2014-cü ilərdə rəsmən bu şirkətin icra orqanına rəhbərlik edib.

Xatırladaq ki, “KİA Motors AZ” MMC 2005-ci ildə yaradılıb və 2400 manat nizamnamə kapitalı var. “Kia Azərbaycan” 2005-ci ildən Cənubi Koreyanın ilk avtomobil istehsalçısı olan Kia korporasiyasının Azərbaycanda rəsmi distribüteri olaraq fəaliyyətə başlayıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə