İSB məlumatların oğurlanması məsələsinə aydınlıq gətirib

Bu gün bəzi media qurumlarında İcbari Sığorta Bürosuna (İSB) kiberhücum edildiyi və 40 milyondan çox məlumat oğurlanması ilə bağlı xəbərlər yayılıb.
İSB-nin İcraçı Direktoru açıqlamasında bunun qeyri-mümkün olduğunu deyib. Onun sözlərinə görə, İSB-nin sistemində 40 milyon deyil, 1,2 milyon sığortalının məlumatı yer alıb. Bundan əlavə, Büronun elektron sistemi “Firewall”larla müdafiə olunur və haker hücumlarına dayanıqlıdır.
!@#
Qeyd edək ki, sözügedən məlumat “DarkNet” internet resurslarında yayılıb və “AngryBoy” təxəllüslü haker tərəfindən həyata keçirildiyi deyilib. Paylaşılan məlumatda dövlət qurumlarına aid sığortaolunan avtomobillərin siyahısı dərc olunub.











