Əsas məzmuna keç
Bakı +10°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Biznes

İranla Azərbaycan arasında ticarət dövriyyəsi artıb

İranla Azərbaycan arasında ticarət dövriyyəsi artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın İranla ticarət dövriyyəsinin ümumi həcmi 204,5 milyon dollardan çox olub. Bu, 2024-cü ilin eyni dövrünə nisbətdə 11,5% artım deməkdir. 

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən,  Azərbaycandan İrana ixrac 5,8 milyon dollar (29,2% artım), İrandan Azərbaycana idxal isə 198,6 milyon dollar (11,1% artım) təşkil edib.

Cari ilin ilk rübünün nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində İranla ticarətin payı 1,2% təşkil edir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə