Əsas məzmuna keç
Bakı +10°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

İllik inflyasiya sentyabrda 5,5 faiz olub

İllik inflyasiya sentyabrda 5,5 faiz olub

2026-cı ilin sentyabrında Azərbaycanda istehlak qiymətləri əvvəlki ayla müqayisədə 0,9 faiz artıb. İllik inflyasiya 5,5 faiz, orta illik inflyasiya isə 5,7 faiz təşkil edib.

ENA.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər sentyabrda 1,4 faiz, son 12 ayda isə 6,9 faiz yüksəlib. Qeyri-ərzaq məhsullarında aylıq artım 0,4 faiz, illik artım 3,6 faiz olub. Ödənişli xidmətlər üzrə bu göstəricilər müvafiq olaraq 0,6 və 5,1 faiz təşkil edib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə