Əsas məzmuna keç
Bakı +13°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Qarabağ

İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyanın yenidən görüşü gözlənilir

İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyanın yenidən görüşü gözlənilir

Biz sıx təmasda qalmağa razılaşdıq və iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəyik.

ENA.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair açıqlamasında qeyd edib.

!@#

“Avropa İttifaqı tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqlarının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcək. Mən, həmçinin əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyini də vurğuladım və Avropa İttifaqı öz dəstəyini gücləndirməyə hazırdır.

Biz sıx təmasda qalmağa razılaşdıq və iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəyik” – deyə Avropa İttifaqı Şurasının Prezidenti çıxışını yekunlaşdırıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə