Əsas məzmuna keç
Bakı +8°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Rəsmi

İlham Əliyev Putinə zəng etdi

İlham Əliyev Putinə zəng etdi

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edib.

ENA.az xəbər verir ki, dövlət başçısı Rusiya Federasiyasının Prezidentini doğum günü münasibətilə təbrik edib.

Vladimir Putin təbriklərə görə təşəkkürünü bildirib.

Telefon danışığı zamanı Azərbaycan ilə Rusiya arasında əlaqələrin mövcud vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin bu gün 73 yaşı tamam olur.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə