Əsas məzmuna keç
Bakı +8°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
ENA+

"Huawei" ABŞ hökumətini məhkəməyə verir

"Huawei" ABŞ hökumətini məhkəməyə verir

Çinin "Huawei" korporasiyası Amerika hökumətinin ABŞ federal agentlikləri tərəfindən şirkətin məhsullarından istifadəyə qoyduğu qadağaya etiraz etməyi planlaşdırır.

"BI" "The New York Times"a istinadən xəbər verir ki, korporasiya bu məqsədlə Texas Şərq dairə məhkəməsində iddia qaldırmaq niyyətindədir.

Nəşrin məlumatına görə, "Huawei"in baş qərargahı orada yerləşir.

Ekspertlər güman edirlər ki, şirkət bu şəkildə Amerika hökumətinin korporasiyaya qarşı açıq çıxışına nail olmaq istəyir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə