Əsas məzmuna keç
Bakı +17°, tufanlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

Hikmət Abbasov işdən çıxarıldı

Hikmət Abbasov işdən çıxarıldı

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov işdən çıxarılıb.

Məlumata görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən dünən əmr imzalanıb.

Qeyd edək ki, son günlər bir çox rayonların Dövlət Yanğından Mühafizə Xidmətinin rəisləri də tutduqları vəzifələrdən azad olunublar.